Gürcüstanın işğal olunmuş Qudauta şəhərində rus turistlərlə dolu mikroavtobus qəzaya uğrayıbbackend

Gürcüstanın işğal olunmuş Qudauta şəhərində rus turistlərlə dolu mikroavtobus qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın işğal olunmuş Qudauta şəhərində rus turistlərlə dolu mikroavtobus qəzaya uğrayıb.

Buu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hadisə avqustun 27-nə keçən gecə baş verib və nəticədə 9 nəfər xəsarət alıb.

“Psou-Enqur avtomobil yolunun 85-ci kilometrliyində, Psirtşa kəndi yaxınlığında “Mercedes” və “Toyora” markalı minik avtomobilləri toqquşub.

Hadisə barədə saat 02:49-da Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub”, – məlumatda bildirilir.