Bayrağımızı təhqir edən ermənilər barədə: “Heç kim cəzasız qalmayacaq” – AÇIQLAMAbackend

Bayrağımızı təhqir edən ermənilər barədə: “Heç kim cəzasız qalmayacaq” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç kim cəzasız qalmayacaq”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“2021-ci ildə bayrağımızı təhqir edən ermənilərin Laçın postundan – üçrəngli bayrağımızın altından keçərkən saxlanılması Bakının açıq mesajıdır. Sərhədçilərimizin erməni cinayətkarları sülhməramlıların əlindən alaraq, həbs etməsi isə Qarabağda separatçıların, onları dəstəkləyən erməni əhalisinin artıq “sığına biləcəyi”, “döyə biləcəyi” qapının qalmadığını aydın şəkildə təsdiq etdi. Saxlanılan ermənilərin üzr videosunu səbirsizliklə gözləyirik”,- o əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Laçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçular – Ermənistan Respublikasının vətəndaşları – 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryan həbs edilib.

Onlar bir müddət əvvəl Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər etdiklərinə görə axtarışa verilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də qeyd olunan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildirib.

Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.

Qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.

İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq.