“Ayıq sürücü” təhlükəsi, “Yeyib-içən oğlanların” siyahısı haralara ötürülür – ARAŞDIRMAbackend

“Ayıq sürücü” təhlükəsi, “Yeyib-içən oğlanların” siyahısı haralara ötürülür – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəs, “Ayıq sürücü”lər necə, hansısa ölkədə belə bir təcrübə varmı? Aparılan araşdırmalar zamanı məlum oldu ki, bu xidmət növü yalnız Azərbaycanda mövcuddur. Digər ölkələrdə spirtli içki qəbul edənləri gedəcəkləri ünvana elə taksilər çatdırır. Bəs, bu “Ayıq sürücü” xidmətinin yaradılmasına səbəb nə olub? Bu xidməti yaradanların başında kimlər dayanər? Əlində bu, kimlərə və nəyə xidmət edir? Bu kimi sualları xeyli sıralamaq olar.
Modern.az saytının araşdırmaları zamanı məlum oldu ki, “Ayıq sürücü” xidmətini istənilən şəxs həyata keçirə bilməz. Və əslində Bakıda fəaliyyət göstərən bu xidmət tam qanunsuz fəaliyyət göstərir.

O zaman bu tip xidmət göstərənlərə müvafiq dövlət qurumlarının göz yummasının səbəbi də sual doğurur. Çünki “Ayıq sürücü”lər dəfələrlə Dövlət Yol Piolisi əməkdaşları tərəfindən sərxoş halda saxlanılıblar.

Əldə etdiyimiz ən maraqlı məlumat odur ki, “Ayıq sürücülər” heç də spirtli içki qəbul edənlərə olan sevgidən onlara xidmət göstərmir. Burada həm yaxşı qazanc, həm də necə deyərlər “yeyib-içən oğlanların” siyahısının tərtib edilməsi əsas məqsədlərdəndir.

Hətta bəzi DYP əməkdaşlarının “Ayıq sürücü”lərlə əməkdaşlıq etməsi faktları da var. “Ayıq sürücü” xidmətlərinin “Qara siyahısında” yer alan avtomobilllər gecə saatlarında Bakıda hər an saxlanlılır. Mövzuyla bağlı geniş araşdırmaları faktlarla yaxın zamanlarda oxuculara təqdim edəcəyik.

İnterpress.az