Türkiyədəki terroru ABŞ öncədən bilirmiş-VİDEObackend

Türkiyədəki terroru ABŞ öncədən bilirmiş-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, hətta ABŞ-ın Türkiyədəki səfirliyi hadisədən iki gün öncə, 11 martda, Amerika vətəndaşlarına terrorla bağlı xəbərdarlıq edibmiş.

Səfirliyinin rəsmi saytındakı açıqlamada, Amerika vətəndaşlarına mümkün terror aktına görə xəbərdarlıq edilir və əhalinin sıx olan yerlərdən, xüsusilə, parklardan kənarda olmağı tapşırıb.

“Bahçelievlər ərazisində mümkün təhlükə” başlığı altında yayımlanan bəyanatda bildirilir:

“Amerika səfirliyi ABŞ vətəndaşlarına Türkiyə hökumət binalarının və mənzillərin yerləşdiyi Bahçelievlər ərazisində terroristlərin potensial hücumu barədə məlumat verir. Amerika vətəndaşları bu ərazidən uzaq durmalıdırlar. Biz məsləhət görürük ki, ABŞ vətəndaşları şəxsi təhlükəsizlik planlarını nəzərdən keçirsinlər”.

Türkiyədəki terroru ABŞ öncədən bilirmiş-VİDEO

Ortaya maraqlı sual çıxır, bəs Türkiyə hökuməti öz vətəndaşlarına niyə görə vaxtında xəbərdarlıq etməyib? Bu gün Türkiyədə və Türkiyədən kənarda məhz bu sual müzakirə olunur.

İnterpress.azhttps://youtube.com/watch?v=RpARaaO066Ihttps://youtube.com/watch?v=ljeZ_Nr_zKg