Konqoda iki kilsəyə hücum nəticəsində 10 nəfər ölübbackend

Konqoda iki kilsəyə hücum nəticəsində 10 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının (KDC) şərqindəki İturi əyalətində iki kilsəni hədəf alan hücumlarda 10 nəfər həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, bazar günü Konqonun İnkişafı Alyansı (CODECO) yaraqlıları İturidəki Cepac və Aumopro kilsələrinə hücum ediblər.

Region meneceri Ruphin Mapela və vətəndaş cəmiyyəti lideri Dieudonne Lossa dünən verdiyi açıqlamada terrorçuların kilsələrdə namaz qılan insanlara atəş açaraq 9 mülki vətəndaşı və 1 əsgəri öldürdüyünü bildiriblər.

Hücumların arxasında CODECO silahlılarının olduğunu bildirən Lossa 4 terrorçunun zərərsizləşdirildiyini qeyd edib.

İturi ordusunun sözçüsü Jül Nqonqo Tşikudi də ordu qüvvələrinin terrorçuları zərərsizləşdirmək üçün işlərini davam etdirdiyini bildirərək, ictimaiyyəti sakit olmağa çağırıb.

2014-cü ildən bəri ölkənin şərqində fəaliyyət göstərən üsyançıların hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü təxmin edilir.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi KDC-nin şərqi 20 ildir qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) yardım agentliklərinin məlumatına görə, CODECO basqınları nəticəsində 3 milyona yaxın insan köməyə ehtiyac duyur. İturi əyalətindəki hücumların uzun sürməsinin humanitar böhranı daha da dərinləşdirdiyi bildirilir.