Meksikada tanker qəzası: 8 nəfər ölübbackend

Meksikada tanker qəzası: 8 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada yanacaq daşıyan tankerin iştirakı ilə baş verən yol qəzasında 8 nəfər yanaraq ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yanacaq daşıyan tanker, yük maşını və minik avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində yanacaq çəninin alov alması nəticəsində nəqliyyat vasitələrində olan 8 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 2 saatlıq işdən sonra yanğını söndürərkən, magistral avtomobillərin hərəkətinə bağlanıb.

Qəzanın yanacaq tankerinin idarəetməni itirərək aşaraq digər 2 avtomobillə toqquşması nəticəsində baş verdiyi təxmin edilir.