Adanın ətrafında 32 Çin təyyarəsi və 5 gəmi aşkar edilibbackend

Adanın ətrafında 32 Çin təyyarəsi və 5 gəmi aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan Müdafiə Nazirliyi dünən axşam saatlarından səhər saatlarına qədər adanın ətrafında Çinə məxsus 32 hərbi təyyarə və 5 hərbi gəminin təsbit edildiyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Açıqlamaya görə, 6 “J-10” və 4 “J-16” tipli döyüş təyyarəsi və “BZK-005” tipli silahsız pilotsuz təyyarə Tayvan boğazında nominal “orta xətti” keçib, “Y-9” tipli hərbi nəqliyyat təyyarəsi ADIZ cənub-qərbə uçub.

Nazirlik dünən adanın ətrafında Çinə məxsus 24 hərbi təyyarə və 5 döyüş gəmisinin aşkar edildiyini, eyni tipli 12 təyyarənin isə orta xətti keçdiyini açıqlayıb.

Çinin öz ərazisinin bir hissəsi kimi müdafiə etdiyi Tayvan 1949-cu ildə Çin Xalq Respublikasının yarandığı vaxtdan de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq hələ də davam edir.

Pekin “Vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan dövlətlərin Tayvanla diplomatik əlaqələri kəsməsini şərt qoyur.