“Binə” və “Sədərək”də qıtlıq, Gömrük Komitəsi isə…backend

“Binə” və “Sədərək”də qıtlıq, Gömrük Komitəsi isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar bildiriblər ki, bazara gətirmək istədikləri geyim məhsulları gömrük tərəfindən buraxılmır. Məhz bunun nəticəsidir ki, hər 2 ticarət mərkəzində yeni məhsullara rast gəlinmir.
Hətta illər öncədən anbarlarda saxlanılan geyim əşyaları indi satışa çıxarılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Modern.az-a açıqlamasında bu faktları inkar edib. O qeyd edib ki, hansısa sahibkarın məhsulunun gömrükdən buraxılmaması informasiyası yalandır.

“Konkret fakt göstərilsin və araşdıraq ki, səbəb nədir, gömrük işçilərinin günahıdır, yoxsa sahibkarın. Gömrük rüsumunun yüksək olması isə bizlik deyil, bu Nazirlər Kabinetinin qərarı ilə qeyd olunan məbləğdir.

Maksimal gömrük rüsumu 15 faizdir, 18 faiz Əlavə Dəyər Vergisi verilir ki, bu hardasa 35, 7 faizə gəlib çıxır. 0,3 faizi əməliyyat haqqıdır, ümumilikdə 36 faiz edir. Bu tənzimlənəndir, bizlik deyil. Əgər hər hansı sahibkarın ölkəyə idxal etdiyi malın bütün sənədləri qaydasındadırsa, heç bir problem ola bilməz.

Sadəcə ola bilər ki, hansısa sənədlərdə problem olub və sahibkarların malı buraxılmayıb. Yoxsa gömrük işçilərinin xüsusi maneə və əngəl yaradırsa, bizə deyilsin araşdıraq”.

İnterpress.az