Rumıniya və Hollandiya Ukrayna üçün F16 təyyarələri üçün birgə təlim bazası açacaqbackend

Rumıniya və Hollandiya Ukrayna üçün F16 təyyarələri üçün birgə təlim bazası açacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya və Hollandiya Ukrayna üçün F-16 təyyarələri üçün birgə təlim bazası açacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İki ölkə arasında saziş avqustun 29-da imzalanıb.

Təlim mərkəzində ukraynalı pilotlar yeni döyüş təyyarələrini idarə etməyi öyrənəcəklər. Sözügedən baza Rumıniya ərazisində yerləşəcək.

“Hollandiya üçün Ukraynanın birliyini və Rusiyanın təcavüzünə qarşı mübarizədə dəstəyini nümayiş etdirmək vacibdir. Hollandiya və Rumıniya arasında müqavilə imzalanıb ki, ona görə ukraynalı pilotlar Rumıniyada F-16 təyyarələrini idarə etmək üçün təlim keçəcəklər. – deyə Niderlandın müdafiə naziri Kaysa Olonqren bildirib.

Rumıniyanın müdafiə nazirinin sözlərinə görə, Hollandiya Kral Hərbi Hava Qüvvələri Rumıniyadakı 86-cı aviabazaya bir neçə F-16 təyyarəsi yerləşdirəcək. Bu mərkəz vasitəsilə Rumıniya təkcə Rumıniyalı pilotlar üçün deyil, həm də müttəfiq və tərəfdaş ölkələr üçün yüksək keyfiyyətli təlim mühiti, texniki resurslara çıxış təmin etməyi öhdəsinə götürür.

Xatırladırıq ki, yaxın vaxtlarda Ukrayna Hollandiya, Danimarka və Norveçdən F-16 təyyarələri alacaq. Bu arada Yunanıstan ukraynalı pilotların hazırlanmasında köməklik göstərəcək.