Almaniya Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edibbackend

Almaniya Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına daxil edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyanın koalisiya hökuməti daxili işlər naziri Nensi Pfizerin təklif etdiyi qanun layihəsini təsdiqləyib və Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına əlavə edib.

Sözügedən qərar nəticəsində Gürcüstan və Moldovadan olan sığınacaq axtaran şəxslərin Almaniyaya müraciətlərinə daha tez baxılacaq və rədd cavabı alanların deportasiyası daha sürətlə həyata keçiriləcək.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə və 2023-cü ilin birinci yarısında adıçəkilən ölkələrdən sığınacaq istəyənlərin müraciətlərinin 99,9 faizi rədd edilib. Ümumilikdə 2022-ci ildə 8865 Gürcüstan və 5218 Moldova vətəndaşı Almaniyadan sığınacaq istəyib.