Qırğızıstanda “TikTok” qadağan edilibbackend

Qırğızıstanda “TikTok” qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə “TikTok”un qadağan edilməsinə qərar verdiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyindən zehni inkişafa mənfi təsir göstərən “TikTok” tətbiqinin zərərli təsirləri ilə bağlı bir çox qeyri-hökumət təşkilatlarından şikayətlərin daxil olduğu bildirilib.

Açıqlamada “TikTok”un istifadəçini qısa kliplərdən ibarət virtual aləmə sürüklədiyi və bunlara baxdıqdan sonra bəzilərinin həyat üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışdığı, bu cür asılılıq yaradan məzmunun emosional vəziyyətə mənfi təsir etdiyi qeyd edilib.

Nazirliyin çoxsaylı müraciətləri nəzərə alaraq və aparılan yoxlamalar əsasında “TikTok”un ölkədə qadağan edilməsi barədə qərar qəbul etdiyi və Rəqəmsal İnkişaf Nazirliyinə müraciət edildiyi bildirilib.

“TikTok”un ölkədə qadağan edilməsi qərarının heç bir geosiyasi məqsəd daşımadığı vurğulanaraq, “TikTok”un dayandırılması qərarının uşaqların mənəvi tərbiyəsinə mənfi təsir göstərə biləcək, psixoloji sağlamlığına zərər verə biləcək məlumatlardan qorumaq üçün qəbul edildiyi xatırladılıb.