Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqda çoxmərtəbəli binada baş verən yanğında ilk təsbitlərə görə 52 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İlkin məlumata görə, aralarında körpə də daxil olmaqla 52 nəfər ölüb, çoxlu sayda yaralı var.
Ölənlərin sayının artmasından narahat olduqlarını qeyd edən səlahiyyətlilər, yanğının böyük ölçüdə nəzarət altına alındığını, lakin içəridə hələ də güclü tüstünün qaldığını qeyd edib.
Axtarış-xilasetmə işləri davam edir.