Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 13-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “AzərTexnoline” MMC-də qeydə alınıb. Orada işləyən şəhər sakini Füzuli Kərimovun üzərinə dəmir boru düşüb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az