Baş redaktor Taleh Şahsuvarlı artıq qəzetdən ayrılıb. Məlumata görə, qəzet bağlansa da, teleqraf.com saytı fəaliyyətini davam etdirəcək. Lakin saytın əməkdaşlarının əksəriyyəti işdən çıxarılıb.
Aynur Camalqızının rəhbərlik etdiyi digər saytlarda – publika.az və axar.az-da da kütləvi ixtisarlar aparıldığı bildirilir. Saxlanılan işçilərin maaşları isə azaldılıb.
Məsələ ilə bağlı A.Camalqızından açıqlama almaq istəsək də, telefonlarımıza cavab vermədi. (aznews.az)
İnterpress.az