Yazıçılar Birliyin mətbuat xidmətindən bildirilib ki, toplantıda bir sıra məsələlərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsinə təyinat da müzakirə edilib.
Komissiyanın üzvü, “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır”, ”Cənab Leytenant” mahnılarının müəllifi Şahin Musaoğlunun namizədliyi yekdilliklə qəbul edilib.
Xatırladaq ki, bundan öncə Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi. (modern.az)
İnterpress.az