Polşanın müdafiə naziri Mariusz Blaszczak 96 Apache helikopterinin alınması üçün ABŞ ilə qiymət danışıqlarına başladıqlarını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Blaszczak X hesabındakı paylaşımında ABŞ Konqresinin Polşaya sözügedən hərbi texnikanın satışını təsdiqlədiyini bildirib.
ABŞ Konqresinin təsdiqinə də toxunan Blaszczak deyib ki, ABŞ Konqresindən 96 ədəd radar və silahlarla birlikdə Polşaya Apache helikopterinin satılması üçün razılıq aldıq və artıq Qiymət danışıqlarına başlayırıq.
Blaszczak qeyd edib ki, prosedurlar tamamlanana və tədarük edilən helikopterlər Polşaya çatdırılana qədər ABŞ ordusu Polşaya Apaçi helikopterlərini öz ehtiyatlarından təmin edəcək.
Polşa hökuməti Rusiya-Ukrayna müharibəsindən sonra ölkənin ordusunu gücləndirmək üçün atdığı addımların bir hissəsi olaraq bu Apaçi helikopterlərini ötən il almağa qərar verib.