Avropa Birliyi bazarda güclərini məhdudlaşdıracaq və sərt qaydalar tətbiq edəcək 6 böyük texnologiya şirkəti müəyyən edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqı (Aİ) Komissiyası bizneslərə və istifadəçilərə qarşı ədalətsiz şərtlərin tətbiq edilməsinin qarşısının alınması və mühüm rəqəmsal xidmətlərin təmin edilməsi məqsədi daşıyan Rəqəmsal Bazarlar Aktı çərçivəsində “qapı gözətçisi” meyarlarına cavab verən şirkətlərin siyahısını müəyyən etdiyini açıqlayıb.
Komissiyanın bəyanatında, Alphabet, Amazon, Apple, ByteDance, Meta və Microsoft kimi 6 şirkətin ilk dəfə olaraq qapıçı kimi təsnif edildiyi və siyahıya alınmış şirkətlər tərəfindən təklif olunan 22 əsas xidmətin 6 ay müddətində əlavə öhdəliklərə əməl etmələri qeyd edilib.
Microsoft və Apple-ın bəzi əsas platforma xidmətlərində keçid qapısı kimi qəbul edilməyəcəyi vurğulanan açıqlamada Komissiyanın xüsusilə Bing, Edge, Microsoft Advertising və Apple iMessage ilə bağlı araşdırmaya başladığı bildirilib.
Açıqlamada, Komissiyanın müəyyən meyarlara cavab verməsinə baxmayaraq Gmail, Outlook.com və Samsung internet brauzerini “vacib platforma xidmətləri” siyahısına salmamaq qərarına gəldiyi vurğulanıb.