ABŞ Ukraynaya 175 milyon dollar hərbi yardım edəcəkbackend

ABŞ Ukraynaya 175 milyon dollar hərbi yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya tükənmiş uran tankı mərmiləri də daxil olmaqla 175 milyon dollar hərbi yardım edir.

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinidən verilən məlumata görə, yeni hərbi yardım paketinə Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün avadanlıq, HIMARS sistemləri üçün əlavə sursat, 155 mm və 105 mm artilleriya mərmiləri, 81 mm minaatan mərmiləri və Abrams tankları üçün 120 mm tükənmiş uran tankı mərmiləri daxildir.

Bundan əlavə, paketə TOW raketləri, tank əleyhinə Javelin və AT-4 kompleksləri, odlu silahlar üçün 3 milyondan çox patron, taktiki aviasiya sistemləri, mühafizə olunan rabitənin taktiki sistemləri də daxildir.