Gürcüstan sərhədini qanunsuz keçən iki Pakistan vətəndaşı saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Laqodexi “Çodniskar” diviziyasının sərhəd hissəsinin mühafizə bölməsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 2 Pakistan İslam Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü M.X və 2003-cü il təvəllüdlü M.U. qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün saxlanılıblar.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək qrup halında Azərbaycan Respublikasından Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər”, – deyə məlumatda qeyd olunub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsinin “a” bəndi ilə aparılır ki, bu da qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutur. Cinayət 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.