Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) hər il dəniz və okeanlardan 6 milyard ton qum çəkildiyini və bunun nəticəsində sualtı biomüxtəlifliyin təhlükə altında olduğunu açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
UNEP dünən dəniz və okeanlardan ildə 6 milyard ton qum çıxarıldığını açıqlayıb ki, bu da gündə 1 milyondan çox özüboşaldan yük maşınının həcminə bərabərdir. UNEP, risk altında olan sualtı biomüxtəlifliyi vurğulayaraq, dənizlərdən və okeanlardan çəkilən qumu izləmək üçün Sea Sand Tracker adlı məlumat platforması qurduğunu bildirib. Çayların sahil və dəniz ekosistemlərinin strukturunu və funksiyasını qorumaq üçün ehtiyac duyduğu qumun çəkilmə miqdarının ildə 10-16 milyard ton təbii yenilənmə sürətinə yaxınlaşması və bu vəziyyətin narahatlıq doğurduğu vurğulanıb:
“Qum və çınqıl üçün dayaz dəniz mədənləri müxtəlif tikinti fəaliyyətlərinin əsasını təşkil edir. Dənizin səviyyəsinin qalxması və tufanlar sahilyanı icmalar üçün təhlükə yaradır, çünki sahil müdafiəsini qurmaq və külək və ya dalğa turbinləri kimi dəniz enerji infrastrukturunu dəstəkləmək üçün dəniz qumuna ehtiyac olacaq. Qum çıxarılması sahil və dəniz dibi ekosistemlərini, o cümlədən bulanıqlığın təsirinə məruz qalan dəniz biomüxtəlifliyini, qida maddələrinin mövcudluğundakı dəyişiklikləri və səs-küy çirklənməsini risk altında qoyur.”
Qum tikintidə sement istehsalından şüşə istehsalına qədər bir çox sektorda və iş sahələrində istifadə olunur.