Günəş parlaması və kometin quyruğu – MARAQLI TƏBİƏT HADİSƏSİbackend

Günəş parlaması və kometin quyruğu – MARAQLI TƏBİƏT HADİSƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəşdən yayılan yüklü hissəciklərin partlaması nəticəsində Nişimura kometasının quyruğunu itirdiyi anlar astrofotoqraflar tərəfindən lentə alınıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

C/2023 P1 (Nishimura) kometası ilk dəfə keçən ay Yaponiyada həvəskar astronom Hideo Nişimura tərəfindən rəqəmsal kameradan istifadə edilərək aşkar edilib.

Nişimura kometi səyahəti zamanı Günəşdən yayılan plazma və yüklü hissəcik partlayışları şəklində ciddi müqavimətlə qarşılaşıb.

Astrofotoqraf Michael Jaeger, kometi əhatə edən və bir anlıq quyruğunun bir hissəsini uçurmuş kimi görünən günəş fırtınası qeydə alıb.

Keçmiş NASA astronomu Tony Phillips Spaceweather.com-a deyib: “Tədqiqatçılar bunu CME (və ya sürətli günəş küləyinin) kometə vurması nəticəsində yaranan əlaqənin kəsilməsi hadisəsi adlandırırlar. O vaxtdan bəri Nişimuranın quyruğu uzanıb, lakin bu, uzun müddət olmaya bilər. Daha çox CME yoldadır.”

Ulduz sentyabrın 12-də Yerin yaxınlığından keçəcək, sonra isə sentyabrın 17-də Günəş ətrafında fırlanaraq dərin kosmosa qayıdacaq.