Almaniyada sənaye istehsalı iyul ayında istehlak malları istehsalındakı eniş səbəbiylə gözləntilərin üzərində yüzdə 0,8 azalaraq, art arda üçüncü ay da enişini davam etdirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Almaniya Federal Statistika İdarəsi (Destatis) iyul ayı üçün sənaye istehsalı ilə bağlı müvəqqəti məlumatı açıqlayıb.
Buna görə mövsüm və təqvim təsirlərindən təmizlənmiş sənaye istehsalı iyul ayında bir əvvəlki aya görə yüzdə 0,8 azaldı. Bazarlarda sənaye istehsalı üzrə gözlənti yüzdə 0,5 azalma oldu. Beləliklə, ölkədə sənaye istehsalı üçüncü aydır ki, ardıcıl olaraq aylıq azalıb.
Aylıq yüzdə 1,5 azalma olaraq açıqlanan iyun ayı sənaye istehsalı məlumatları da yüzdə 1,4 azalış olaraq revize edildi.
Məlumatlar üzə çıxarıb ki, enerji və tikinti xaric sənaye istehsalı iyulda iyun ayı ilə müqayisədə 1,8 faiz azalıb.
Sözügedən dövrdə aralıq malların istehsalı 0,7 faiz, əsas vəsaitlərin istehsalı 2,9 faiz, istehlak mallarının istehsalı isə 1 faiz azalıb.
Digər tərəfdən enerji istehsalında yüzdə 2,2, tikintidə isə yüzdə 2,6 artım qeyd edildi.
Destatis-in açıqlamasına görə, enerji tutumlu sənayelərdə istehsal iyulda iyun ayı ilə müqayisədə 6 faiz, 2022-ci ilin iyul ayına nisbətən isə 11,4 faiz azalıb.