ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) müdafiə yardımı çərçivəsində Ukraynaya verəcəyi tükənmiş uran mərmilərinin Abrams tanklarında istifadə ediləcəyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pentaqonun bəyanatında deyilir ki, Ukraynaya 175 milyon dollarlıq müdafiə yardımına əlavə hava hücumundan müdafiə vasitələri, artilleriya döyüş sursatları, tank əleyhinə silahlar, o cümlədən tükənmiş uran mərmiləri və Ukraynaya Rusiyanın davam edən təcavüzünə qarşı mübarizə aparmağa kömək edəcək digər avadanlıqlar daxil olacaq.
Tükənmiş uran mərmilərinin ABŞ-ın Ukraynaya tədarük edəcəyi 31 M1 Abrams tankı üçün olduğu açıqlanıb.
ABŞ-da yerləşən RAND analitik mərkəzinin nüvə eksperti və siyasət tədqiqatçısı Edvard Geist bu güllələrin bəzi radioaktiv xüsusiyyətlərini saxladığını, lakin nüvə silahı kimi nüvə reaksiyası göstərmədiyini qiymətləndirib.
Güllələrin kifayət qədər sıx olduğunu və böyük sürətə sahib olduğunu bildirən Geist, zirehləri deşdiklərini və yüksək səviyyədə qızdıraraq alov almasına səbəb olduğunu söyləyib.
Bildirilir ki, belə mərmilər ABŞ tərəfindən Soyuq Müharibə illərində sovet tanklarını məhv etmək üçün hazırlanıb.