2012-ci ildə immiqrant olmuş vətəndaşların sayı 2022-ci ilə nisbətən iki dəfə az – 60 307 nəfər olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ildə Gürcüstanın 100 mindən çox vətəndaşı immiqrant olub.
Əvvəlki illərə gəlincə, rəsmi məlumatlara görə, 2021-ci ildə – 80 351, 2020-ci ildə – 43 349, 2019-cu ildə – 81 978, 2018-ci ildə – 76 367 immiqrant Gürcüstan vətəndaşı olub. Gender bölgüsünə gəlincə, 2022-ci ildə 62 687 kişi və 38 115 qadın mühacirət edib.
Məlumat üçün bildirək ki, 12 ay ərzində Gürcüstan ərazisini tərk edən və 183 gündən artıq bu ölkə hüdudlarından kənarda qalan şəxs mühacir sayılır.