İngiltərənin şərqindəki Linkolnşir şəhərindəki kafeyə gedən şəxs yerdə hərəkətsiz uzanan insanları görüb və polisə zəng edərək kütləvi qətl hadisəsi barədə məlumat verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polis cəld hadisə yerinə basqın edəndə yoqa dərsi yarımçıq qalıb. Yoqa ilə məşğul olanların öldüyünü düşünərək, o, kütləvi qətllər barədə məlumat verib.
Müdirlər və yoqa sinif şagirdləri gözlənilməz polis basqını görüb şoka düşüblər, polislər isə xəbərin əsassız olduğunu anlayıblar.
Bu arada, Lincolnshire Polisi hər kəsin təhlükəsiz və yaxşı olduğunu təsdiqləyib və hesabatı araşdırmayacaqlarını və zəngin “xeyirxah niyyətlə” edildiyini açıqlayıb.