Malidə iki ayrı terror aktı nəticəsində 49 mülki şəxs və 15 əsgər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkədə 3 günlük milli matəm elan edilib.
Mali ordusundan verilən açıqlamada, Timbuktu bölgəsindən keçən Niger çayında sərnişin gəmisinin raketlərlə hücuma məruz qaldığı açıqlanıb. 3 raketin mühərrikinə dəyməsi nəticəsində gəmidə 49 nəfər həlak olub. Yerli mətbuatda 300 nəfərin olduğu qayığın ciddi zədələrə qarşı sahilə yaxınlaşa bildiyi bildirilir. Digər hücum: 15 əsgər həlak olub Digər tərəfdən, Qao bölgəsindəki Bamba rayonunda yerləşən əsgərlərə təşkil edilən hücumda 15 əsgərin şəhid olduğu bildirilib. Hökumətin verdiyi açıqlamada, hər iki hücumda həyatını itirənlər üçün sentyabrın 8-i gecə yarısından başlayaraq 3 günlük milli matəm elan edildiyi açıqlanıb. Hücumları Məqrib Əl-Qaidənin (AQIM) Saheldə məsul olan qanadı olan Camaat Nusra əl-İslam və Müslim (JNİM) öz üzərinə götürüb. Sentyabrın 3-də Niger çayının Mopti bölgəsindən keçən hissəsində daha bir qayığa hücum edilib və hadisə nəticəsində bir uşaq həlak olub.