ABŞ Müdafiə Nazirliyi dövlət katibi Antoni Blinkenin səfərindən cəmi bir gün sonra Ukraynaya 600 milyon dollarlıq yeni yardım paketi elan edib və 1 milyard dollarlıq yeni hərbi və humanitar yardım vəd edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Müdafiə Nazirliyi (Pentaqon) bir sıra silah və hərbi texnikanın alınmasında istifadə edilməsi nəzərdə tutulan uzunmüddətli yardım paketinin Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) vasitəsilə təmin ediləcəyini bildirib.
Ukrayna hava hücumundan müdafiə sistemlərinin davamlılığı və inteqrasiyası üçün avadanlıqlar, Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) üçün avadanlıqlar, artilleriya mərmiləri, elektron döyüş maşınları, məhvedici sursatlar və minalardan təmizləmə avadanlığının daxil olduğu paket, həmçinin təlim və texniki xidmət tədbirlərini əhatə edəcək.