Apple-ın səhmlərinin dəyəri son iki gündə 6 faizdən çox ucuzlaşıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın texnologiya nəhənglərindən olan “Apple”ın bazar dəyəri Çinin dövlət qurumlarında “iPhone” istifadəsini qadağan etdiyi iddialarından sonra iki gündə 200 milyard dollar itirib.
Apple-ın səhmlərinin dəyəri son iki gündə 6 faizdən çox ucuzlaşıb. Çinin dövlət işçilərinə mərkəzi dövlət qurumlarında iPhone-dan istifadəni qadağan etməsi ilə bağlı xəbərlərdən sonra Apple şirkətinin bazar dəyəri iki gün ərzində 200 milyard dollar itirib. ABŞ-ın “The Wall Street Journal” (WSJ) qəzeti Çində dövlətə bağlı qurum və təşkilatlarda çalışanlara “Apple” şirkətinin “iPhone” model smartfonlarını və digər xarici marka modellərini iş üçün istifadə etməmək və onları işə aparmamaq göstərişi verildiyini iddia edib.