Türkiyədə liseylərdə test imtahanları ləğv edilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Milli Təhsil Nazirliyi liseylərdə imtahanların test üsulu ilə deyil, yazılı davamiyyət formasında keçirilməsi ilə bağlı tənzimləmələr edib.
Milli Təhsil Nazirliyinin Orta Təhsil Müəssisələri Əsasnaməsində Dəyişiklik edilməsi haqqında Əsasnamə, Rəsmi Qəzetdə bugünkü sayında dərc olunub.
Yeni reqlamentdə orta məktəblərdə siniflərin təkrarlanması, davamiyyət və açıq təhsilə keçidlə bağlı müddəalarla yanaşı, yeni maddələr də yer alıb.
Şagirdlər üçün imtahanların necə keçiriləcəyi ilə bağlı tənzimləmənin yer aldığı əsasnamədə, bir kursun bir imtahanının test üsulu ilə keçirilməsinə icazə verən əvvəlki qayda ləğv edilib.