Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən \”Fishnews\” məlumat yayıb.
İstintaqın fərziyyəsinə görə, üç Azərbaycan vətəndaşı və bir rusiyalı 2015-ci ilin mart ayından dekabrınadək olan dövr ərzində təhlükəsizlik tələblərinə cavab verməyən qara kürü satışı ilə məşğul olublar.
Ötən ilin dekabrında hüquq-mühafizə orqanları əməkdaşlarının birgə əməliyyatı nəticəsində 10 kq-dan artıq nərə balığı kürüsü götürülüb. Aparılan ekspertiza məhsulun sağlamlıq üçün təhlükəli olduğunu təsdiq edib.
Saxlanılan şəxslər bu cinayətə görə 6 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Cinayət işinin istintaqı davam etdirilir. (report)
İnterpress.az