2023-cü ilin avqustunda Çində illik inflyasiya 0,3% proqnozla 0,1% təşkil edib.
“İnterpress.az” xəbər verir ki, bu barədə məlumatı Çin Dövlət Statistika Agentliyi yayıb.
Qeyd olunub ki, şəhərlərdə qiymətlər 0,2% artsa da, kənd yerlərində 0,2% ucuzlaşıb. Ərzaq məhsullarının qiymətlərində 1,7%, istehlak mallarının qiymətlərində isə 0,7% ucuzlaşma qeydə alınıb. Eyni zamanda, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5%, xidmət sektorunda isə 1,3% bahalaşıb.
Yanvar-avqust ayları arasında ölkədə istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artıb.