Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dibeybe paytaxt Tripolidə keçirilən fövqəladə Nazirlər Şurasının iclasında ölkəni mənfi təsir edən daşqınlarla bağlı danışıb. Daşqından zərər çəkənlərə kömək etmək üçün lazımi tədbirləri davam etdirdiklərini bildirən Dibeybe bütün rəsmiləri və nazirləri şərq bölgələrindəki vəziyyəti nəzərdən keçirməyə çağırıb. Dövlət qurum və təşkilatlarına lazım olan bütün imkanlardan istifadə etmələri ilə bağlı tapşırıqlar verdiyini deyən Dibeybe ölkədə 3 günlük matəm elan olunduğunu və bayraqların yarıya qədər endiriləcəyini bildirib. Dibeybe xarici bölmələrin seldən zərər çəkmiş bölgələrə kömək etmələrinə mane olmayacağını ifadə edərək, Liviya xalqı qarşısında vəzifələrini yerinə yetirəcəklərinin vurğulayıb.
Liviyanın şərqində daşqın Liviyanın şərqində Orta Aralıq dənizində təsirli olan “Daniel” qasırğasının yaratdığı sel fəlakətində 20 nəfər həyatını itirib. Liviyanın şərqində səlahiyyətlilər “Daniel” fırtınası səbəbindən bütün dövlət və özəl təhsil müəssisələrində dərslərin dayandırılması, mağazaların bağlanması və komendant saatı da daxil olmaqla bir sıra tədbirlər görüb. Əlverişsiz hava şəraiti Liviyanın Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə təsir edib.