Baş nazir qərar verdi – Bu şəxslər həbsdən azad ediləcəkbackend

Baş nazir qərar verdi – Bu şəxslər həbsdən azad ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Baş nazi İranlı Qaribaşvilinin təşəbbüsü ilə dövlət torpaqlarını cinayət yolu ilə qeydiyyata almış şəxslərə amnistiya elan edilir.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, amnistiya 2024-cü il sentyabrın 1-dək dövlətə dəymiş ziyanı ödəyənlərə şamil olunacaq.
Amnistiya Cinayət Məcəlləsinin 180 və 362-ci maddələri ilə törədilmiş cinayətlərə şamil ediləcək. Amnistiyaya əsasən, 2023-cü il sentyabrın 1-dək cinayət yolu ilə kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində mülkiyyət hüququ əldə etmiş şəxs cinayət cəzasından, şərti cəzadan və icrası mümkün olmayan cərimədən azad ediləcək.
Amnistiya vəzifəli şəxs və ya dövlət müəssisəsinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər tərəfindən vəzifə statusundan istifadə hallarına şamil edilməyəcək.