Səudiyyə Ərəbistanı vəliəhdi: Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin müsbət nəticələri olacaqbackend

Səudiyyə Ərəbistanı vəliəhdi: Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin müsbət nəticələri olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib ki, Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin Səudiyyə Ərəbistanının “digər ölkələrdəki tərəfdaşları və qlobal iqtisadiyyatı” üzərində müsbət əksi olacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistanda rəsmi səfərdə olan bin Salman Hindistanın baş naziri Narendra Modinin də iştirak etdiyi Səudiyyə Ərəbistanı-Hindistan İnvestisiya Forumu çərçivəsində çıxış edib. Bin Salman iqtisadi dəhlizin yaradılması ilə bağlı imzalanan anlaşma memorandumunun aylar əvvəl aparılan araşdırmalar nəticəsində ortaya çıxdığını xatırladıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, “İqtisadi dəhliz iqtisadi əlaqələri gücləndirərək ölkələrimizin ortaq maraqlarına xidmət edəcək. Bu, digər ölkələrdəki tərəfdaşlarımıza və ümumilikdə qlobal iqtisadiyyata müsbət təsir göstərəcək” deyə qiymətləndirib. İqtisadi dəhlizin faydaları ilə bağlı bin Salman, “Beynəlxalq dəniz daşımalarına müsbət töhfələr görürük. Dəmir yolları və liman əlaqələri də daxil olmaqla infrastruktur inkişaf etdiriləcək. Malların və xidmətlərin tranziti artırılacaq, müvafiq tərəflər arasında qarşılıqlı ticarət gücləndiriləcək və enerji kəmərləri çəkiləcək”.

“İqtisadi dəhliz layihəsi böyük uğurdur və onu həyata keçirmək üçün çox çalışmaq lazımdır” , – o əlavə edib.