Regional hakimiyyət orqanları Çinin cənubunda daşqınlar zamanı fermadan qaçan 70-dən çox timsahı tapmaq üçün əməliyyata başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çin mətbuatında yer alan xəbərlərə görə, ölkənin cənubundakı Quanqdonq əyaləti leysan yağışları və daşqınların təsiri altındadır.
Quanqdonq əyalətinin Maominq şəhərində bir ferma da su altında qalarkən, oradakı 70-dən çox timsah qaçıb.
Yerli əhalini “küçəyə çıxmayın” çağırışı Bölgə rəhbərliyi timsahları tutmaq üçün əməliyyata başlasa da, yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edilib.
Yerli mediada yer alan videolarda Penq Cun kəndi yaxınlığında ən azı 69 böyük və 6 körpə timsahı görmək olar.