Nigeriyada qayıq qəzasında ölənlərin sayı 30-a çatıbbackend

Nigeriyada qayıq qəzasında ölənlərin sayı 30-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Niger əyalətində sentyabrın 10-da qayığın batması nəticəsində həyatını itirənlərin sayı 30-a yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nigeriya Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin (SEMA) sözçüsü Hüseyn İbrahim verdiyi açıqlamada, 10 sentyabrda Mokva çayında sərnişinləri daşıyan qayığın batmasından sonra davam edən xilasetmə işlərində daha 4 nəfərin cəsədinin tapıldığını bildirib. Qayıq qəzasında həyatını itirənlərin sayının 30-a yüksəldiyini bildirən İbrahim, 30 nəfərin xilas edildiyini qeyd edib. İbrahim çoxlu sayda insanın itkin düşdüyünü və axtarışların davam etdiyini bildirib. Sentyabrın 10-da Cabba bölgəsindən Nigeriyanın Niger əyalətinin Kainji bölgəsinə doğru yola çıxan qayıq Mokva çayında aşıb. Qayıqda təxminən 100 nəfərin olduğu öyrənilib. Nigeriyada yağışlı mövsümdə çaylarda bəzən qayıq qəzaları baş verir.