Beynəlxalq Kosmik Stansiyada xidmət edən astronavt Frank Rubio 366 günlə kosmosda ən uzun müddət qalan Amerikalı astronavt olaraq qeyd edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) bəyanatında qeyd edilib ki, Rubio sentyabrın 27-də Yer kürəsinə qayıdacaq və o vaxta qədər 371 gün fasiləsiz olaraq kosmos səfərində olacaq.
2022-ci il sentyabrın 21-də kosmosa çıxan Rubio missiyanı başa vurduqdan sonra kosmosda 1 ildən çox qalan ilk amerikalı astronavt olacaq.
Kapsulun nasazlığı rekord qırdı Rubio və onunla birlikdə iki rus kosmonavtı 6 aylıq bir missiya üçün Rusiyanın Soyuz kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya gedib. Lakin “Soyuz MS-22” gəmisində nasazlıq aşkar edildikdən sonra kapsul ekipajsız yerə qayıdıb və NASA Rusiya və ABŞ ekipajının yerə qayıtması üçün yeni kosmik gəminin göndəriləcəyini açıqlayıb. Yeni kosmik gəminin göndərilməsi prosesində Rubio öz ölkəsində rekord qırıb. Bu, dünya rekordu deyil Digər tərəfdən Rubio kosmosda ən uzun müddət qalan amerikalı astronavt olsa da, dünya rekordu 437 günlə rus kosmonavtı Valeri Polyakova məxsusdur. Polyakov 1994-cü ilin yanvarından 1995-ci ilin martına qədər kosmosda 437 gün qalaraq dünya rekordu qırıb.