Pakistan və Əfqanıstan arasında Torkham sərhədinin 6 gün müddətinə bağlanması ticarəti dayandırıb və 1 milyon dollardan çox itkiyə səbəb olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pakistan milli mətbuatında yer alan xəbərə görə, iki ölkə arasında ən sıx keçid məntəqələrindən biri olan Torkham Sərhəd Qapısı 6 gündür bağlanaraq iqtisadi itkilərə səbəb olub. Sərhəd Sənaye və Ticarət Palatası Başçısı İjaz Xan Afridi, AA müxbirinə verdiyi açıqlamada, bağlanan sərhəd səbəbiylə indiyə qədər dəymiş ziyanın 1 milyon dolları keçdiyini söyləyib.
Afridi sərhədlərin bağlanmasının hər iki ölkədəki iş adamlarına son dərəcə pis təsir etdiyini və bu vəziyyətin ciddi itkilərə səbəb olduğunu bildirib.
Digər tərəfdən, Pakistan-Əfqanıstan Birgə Ticarət və Sənaye Palatasının sədri Hanjan Alkozi Afridinin 1 milyon dollardan çox itki ilə bağlı açıqlamasını təsdiqləyib.