BƏƏ nigeriyalılara viza qadağasını ləğv edibbackend

BƏƏ nigeriyalılara viza qadağasını ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təxminən bir ildən sonra nigeriyalılara tətbiq etdiyi viza qadağasını ləğv edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nigeriya Prezidenti Bola Əhməd Tinubunun xüsusi müşaviri Ajuri Ngelale verdiyi açıqlamada Tinubu’nun paytaxt Abu Dabidə BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşdüyünü bildirib.

Ngelale qeyd edib ki, görüş zamanı iki lider BƏƏ-nin nigeriyalılara tətbiq etdiyi viza qadağasını ləğv edən saziş imzalayıb. Razılaşmanı “tarixi” olaraq xarakterizə edən Ngelale, Nigeriyalı sərnişinlərə tətbiq edilən viza qadağasının 1 ildən sonra qaldırıldığını bildirib.

Ngelale vurğulayıb ki, razılaşmaya əsasən, BƏƏ-yə məxsus Etihad Airways və Emirates Hava Yolları Nigeriyaya uçuş cədvəllərini gecikdirmədən bərpa edəcəklər.

BƏƏ səlahiyyətliləri 2022-ci ilin oktyabrında naməlum səbəbdən nigeriyalılara viza qadağası qoyub.

Etihad Airways və Emirates Hava Yolları Nigeriyada yığılan pullarını ala bilmədiklərini əsas gətirərək uçuşları dayandırıblar.