Misirdə Mərakeşdəki zəlzələ və Liviyada daşqınlar səbəbindən 3 günlük matəm elan edilibbackend

Misirdə Mərakeşdəki zəlzələ və Liviyada daşqınlar səbəbindən 3 günlük matəm elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirdə Mərakeşdəki zəlzələ və Liviyada daşqın nəticəsində həyatını itirənlər üçün 3 günlük matəm elan edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Misir Rəyasət Heyətindən verilən yazılı açıqlamada, prezident Əbdülfəttah əs-Sisinin bu səhər bəzi ordu komandirləri ilə görüşdüyü bildirilib.

Açıqlamada Sisinin Mərakeşdə baş verən zəlzələ və Liviyada baş verən sel fəlakəti ilə əlaqədar bu ölkələrə başsağlığı verdiyi qeyd edilib.

“Mərakeş və Liviyadakı qardaşlarımızla həmrəylik məqsədilə Misirdə üç günlük matəm elan edilib”.

Açıqlamada Sisi Silahlı Qüvvələrə dərhal Mərakeş və Liviyaya həm hava, həm də dəniz yolu ilə humanitar yardım göndərilməsi və hər cür humanitar dəstəyin göstərilməsini tapşırıb.

Mərakeşdə baş verən zəlzələdə ölənlərin sayı 2 min 862-yə yüksəlib Mərakeşdə baş verən zəlzələdə ölənlərin sayı 2 min 862-yə yüksəlib.

Mərakeş Daxili İşlər Nazirliyi sentyabrın 8-i cümə günü axşam saatlarında baş verən zəlzələdə indiyədək 2 min 862 nəfərin öldüyünü, 2 min 562 nəfərin isə yaralandığını açıqlayıb.

Liviyanın şərqindəki “hökumətin səhiyyə naziri” Osman Abdulcelil də ölkənin şərqində sel fəlakətində ölənlərin sayının 3 mini keçdiyini açıqlayıb.