Çin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Fukusima Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularının okeana axıdılmasına dair yoxlamasına qarşı çıxıb və bu yoxlamanın axıdılması prosesini “qanuniləşdirə” bilməyəcəyini müdafiə edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi mətbuat konfransında MAQATE-nin Fukuşimada tullantı sularının axıdılması prosesini yoxlamasını tənqid edib. MAQATE-nin “sözdə” təftişinin inzibati şuranın səlahiyyəti olmadığına diqqət çəkən Mao, yoxlamanın üzv ölkələr tərəfindən qiymətləndirilmədiyini vurğulayıb.
Mao deyib ki, 7800 ton radioaktiv çirkab su okeana axıdıldı və beynəlxalq ictimaiyyət hələ də MAQATE-nin yoxlamasından xəbərdar deyil, MAQATE-nin prosesi yoxlamasına etiraz edib. Bu mövzuda heç bir yoxlamanın Yaponiyanın tullantı sularını okeana axıdmasına haqq qazandıra bilməyəcəyini ifadə edən Mao qeyd edib ki, Yaponiya bütün dünyanı nüvə çirklənməsinə məruz qoymağı dərhal dayandırmalıdır.