İsveçrə Katolik Kilsəsində 1002 cinsi istismar hadisəsi baş veribbackend

İsveçrə Katolik Kilsəsində 1002 cinsi istismar hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədəki katolik kilsəsində 20-ci əsrin ortalarından bəri 1002 cinsi istismar hadisəsi olduğu müəyyən edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Katolik Kilsəsinə bağlı İsveçrə Yepiskoplar Konfransının sifarişi ilə Sürix Universitetinin tədqiqatçıları kilsə tərəfindən toplanan və 1950-ci illərdən bəri nəşr olunan gizli sənədləri araşdırıblar.

Təxminən bir illik işdən sonra tədqiqatçılar müəyyən ediblər ki, 20-ci əsrin ortalarından bu günə qədər İsveçrə Katolik Kilsəsində 1002 cinsi istismar hadisəsi olub. Tədqiqat göstərir ki, demək olar ki, bütün cinsi zorakılıq yetkin kişilər tərəfindən törədilib, halbuki bu halların dörddə üçü yetkinlik yaşına çatmayanlara aiddir. Araşdırmada cinsi istismara məruz qalanların yüzdə 56-nın yetkin kişi və oğlanlar olduğu, halların 39 faizinin qadın və qız olduğu, qalan 5 faizinin isə cinsiyyətinin müəyyən edilə bilmədiyi ifadə edilib.

Araşdırma nəticəsində məlum olub ki, cinsi istismar hallarının 30 faizi məktəblərdə və evlərdə baş verib. Müstəntiqlər mövzu ilə bağlı məlumat və sənədlər toplamaqda davam etdiklərini, lakin sübutların silinməsi üçün bir çox sənədin məhv edildiyini bildiriblər. Araşdırmanı aparan Prof. Monika Dommann və Prof. Marietta Meier öz şərhində vurğuladı ki, “aşkar edilən hallar aysberqin görünən hissəsidir”.