Yaponiyanın Nazirlər Kabineti iki ildə ikinci dəfə dəyişdibackend

Yaponiyanın Nazirlər Kabineti iki ildə ikinci dəfə dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada 2021-ci ilin oktyabrında vəzifəyə başlayan Baş nazir Kişida Fumio səlahiyyət müddəti ərzində ikinci dəfə kabinetini dəyişib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu bəyanatında kabinetdəki dəyişiklikləri açıqlayıb.

Müvafiq olaraq, Suzuki Junji Daxili İşlər və Rabitə Nazirliyi, Koizumi Ryuji Ədliyyə Nazirliyi, Kihara Minoru Müdafiə Nazirliyi və Kamikava Yoko Xarici İşlər Nazirliyi vəzifəsinə təyin edilib.

Təhsil və elm naziri Moriyama Masahito, səhiyyə naziri Takemi Keizo, ətraf mühit naziri İto Şintaro, regional dirçəliş naziri Hanako Jimi, uşaq siyasəti naziri Kato Ayuko olub

Takemi Keizo Səhiyyə Nazirliyini, Tsuçiya Şinako Yenidənqurma Nazirliyini, Miyaşita İçiro Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyini, Şindo Yoşitaka İqtisadiyyatı Canlandırma Nazirliyini idarə edəcək.