Fransanın Nant şəhərində elektrik şəbəkəsindəki nasazlıq səbəbindən bir çox evin elektrik enerjisi kəsilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, ölkədə elektrik xətlərinin kəsilməsi səbəbindən ev təsərrüfatlarına elektrik enerjisi verilə bilmir.
France Bleu-nun verdiyi məlumata görə, Nantın şimal bölgəsində günorta saatlarında başlayan nasazlıq səbəbindən Saint-Luce-sur-Loire və Carquefou bölgələri elektriksiz qalıb.
İndiyədək ən azı 700 evə elektrik enerjisi verilməsə də, problem hələ də həllini tapmayıb.
Ölkənin elektrik xətlərinin infrastrukturu və baxımından məsul olan Enedis təşkilatı nasazlığın səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıb.