Avropa Parlamentində deputatların sayı artıbbackend

Avropa Parlamentində deputatların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentində yerlərin sayı 705-dən 720-yə qaldırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avropa Parlamentinin (AP) Baş Assambleyasında keçirilən səsvermədə Avropa İttifaqı Şurasının 2019-cu ildəki son seçkidən sonra demoqrafik dəyişikliklərə görə AP-dəki millət vəkillərinin sayını 705-dən 720-yə çatdırmaq qərarı qəbul edilib.

Müvafiq olaraq, Aİ-nin 27 ölkəsindən 12-nin deputatlarının sayı artırılıb.

Fransa, İspaniya və Hollandiyanın hər birində iki deputat əlavə edilib. Avstriya, Belçika, Polşa, Sloveniya, Slovakiya, Finlandiya, Latviya, İrlandiya və Danimarka hər biri AP-yə bir deputat göndərəcək.

AP-nin 5 illik səlahiyyət müddəti üçün seçkilər 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək.