Banqladeşin paytaxtı Dəkkədə bazarda gecə saatlarında başlayan yanğın nəticəsində bir çox mağaza kül olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yanğın yanğınsöndürənlər və əsgərlər tərəfindən təxminən 6 saat ərzində nəzarətə götürülüb.
Bölgə yanğınsöndürmə briqadasından verilən açıqlamada elektrik naqilində yaranan nasazlıqdan başladığı ehtimal edilən yanğında can itkisinin olmadığı bildirilib.
Xatırladaq ki, aprel ayında da Dəkkədəki geyim bazarında baş verən yanğında ən azı 5 min mağaza kül olub