İngiltərədə xəstəxanalarda müalicə gözləyənlərin sayı 7,68 milyona çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İngiltərə Milli Səhiyyə Sisteminin (NHS) verdiyi açıqlamaya görə, iyun ayının sonunda 7,57 milyon insan adi xəstəxana müalicəsinə başlamağı gözlədiyi halda, iyul ayının sonunda bu rəqəm 7,68 milyona yüksəldi. Gözləmə siyahıları bir ayda 100 mindən çox artıb. Belə ki, müalicə üçün gözləyənlərin sayı qeydlərin aparılmağa başladığı “2007-ci ilin avqustundan bu yana görülən ən yüksək rəqəm” olaraq qeydə alınıb. Dünən edilən açıqlamada hökumət bu qış üçün NHS-ə 200 milyon funt sterlinq əlavə maliyyə veriləcəyini açıqlayıb.
Baş nazir Sunak tətilləri gözləmə siyahılarına görə günahlandırır İngiltərə Baş naziri Rishi Sunak, avqust ayında verdiyi açıqlamada, hökumətin gözləmə siyahılarını azaltma hədəfinə çata bilməyəcəyini ifadə edib və əldə edilən irəliləyişin səhiyyə işçilərinin tətilləri səbəbiylə pozulduğunu iddia edib.
Sunak tətilləri və COVID-19 epidemiyasını xəstəxanalarda müalicə gözləyənlərin sayının artmasında günahlandırıb.
İngiltərədə keçən il xəstəxanalarda müalicə gözləyənlərin sayı 7 milyona çatıb.