ABŞ-ın iki generalı Ermənistandadırbackend

ABŞ-ın iki generalı Ermənistandadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 10-cu dağatıcı diviziyasının komandanı general-mayor Qreqori Anderson və ABŞ-ın Avropa və Afrikadakı qoşunlarının əməliyyat qərargahı rəisinin müavini briqada generalı Patrik Ellis Ermənistanda səfərdədir.

“İnterpress.az” xəbər verir ki, məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, generallar və ABŞ-ın İrəvandakı səfir Kristina Kuinn “Days” təlim mərkəzində “Qartal-Tərəfdaş-2023” hərbi təlimlərin gedişini müşahidə ediblər.

Qeyd edək ki, bu təlim sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi qatılıb.