Şahzadə Diananın qoyun dərisindən hazırlanmış süveteri 1,1 milyon dollara satılıbbackend

Şahzadə Diananın qoyun dərisindən hazırlanmış süveteri 1,1 milyon dollara satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahzadə Diananın məşhur qoyun sviteri hərracda 1,14 milyon dollara (30 milyon 721 min lirə) satılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Şahzadə Diananın ağ qoyunlar arasında tək qara qoyunun yer aldığı məşhur sviteri 31 avqustda Nyu-Yorkda Sotheby’s Hərrac Evi tərəfindən 50 mindən 80 min dollara qədər satış qiyməti ilə hərraca çıxarılıb və 1,14 milyon dollara satılıb.

Təkliflərin onlayn yerləşdirildiyi hərracın qalibinin kimliyi açıqlanmayıb.

Mart ayında çardaqda tapılan sviter, son illərdə hərracda satılan Şahzadə Diana ilə əlaqəli bir çox digər əşyalardan daha yüksək qiymətə alınıb.

Şahzadə Diana 1997-ci ildə vəfat edib

Şahzadə Diana bu simvolik sviteri 1981-ci ilin iyununda, o vaxt Uels şahzadəsi olan Çarlzla evlənmədən bir neçə həftə əvvəl polo matçında geyinmişdi. Jumperin dizaynı Diananın kral ailəsindəki yerinin simvolu kimi təsvir edilmişdir.

İngilis tabloid mətbuatının davamlı olaraq izlədiyi şahzadə Diana 31 avqust 1997-ci ildə 36 yaşında paparassilər tərəfindən izlənərkən Parisdə tuneldə avtomobil qəzası keçirərək dünyasını dəyişib.

Qəzada Diananın sevgilisi Dodi Əl Fayed və sürücüsü Henri Pol da dünyasını dəyişib.