Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 13 faizə qaldırıbbackend

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 13 faizə qaldırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 12 faizdən 13 faizə qaldırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bankdan verilən açıqlamada ölkə iqtisadiyyatında inflyasiya təzyiqinin yüksək səviyyədə davam etdiyi vurğulanıb.

Açıqlamada daxili tələbatın istehsal gücünü aşdığı və bu vəziyyətin idxal tələbini artırdığı, Rusiya rublunun bu səbəbdən dəyər itirdiyi bildirilib.

Açıqlamada, 2024-cü ildə inflyasiyanın 4 faizə endirilməsi hədəfinin keçərli olduğu vurğulanaraq, “Rusiya Mərkəzi Bankı siyasət faiz dərəcəsini yüzdə 13-ə yüksəltməyə qərar verdi” deyilib.

Açıqlamada inflyasiyanın hədəf səviyyəsinə çatması üçün sərt maliyyə siyasətinin tətbiqi müddətinin uzadıla biləcəyi də vurğulanıb.

Açıqlamada 11 sentyabr tarixinə illik inflyasiyanın 5,5 faiz olduğu, ilin sonunda isə inflyasiyanın 6-7 faiz olacağı gözlənilirdi.